Smart tipli sayğacların balansını artırmaq üçün kartları 3 saniyə sayğaca yaxın saxlamaq lazımdır.
FED.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC-nin İnformasoya Texnologiyaları Departamentinin şöbə rəisi Vüsal İsayev “Azərişıq” ASC-nin 2023-cü ilin yekunlarına həsr edilmiş mətbuat konfransında məlumat verib.
O öz çıxışında bildirib ki, "Biz smart sayğaclar quraşdıran zaman sayğacın istifadə qaydası ilə bağlı təlimatları abonentlərə təqdim edirik eyni zamanda təlimatlar "Azərişıq" ın saytında da var.
Abonentlər kartı smart sayğaca yaxınlaşdıran zaman minimum 3 saniyə saxlamalıdır. Bəzi hallarda kartların bloka düşməsi ilə bağlı müraciətlər olur.
Kartlar bloka düşdüyü zaman abonentlər kartı blokdan daha sürətli bir şəkildə necə çıxara bilər?
Bu zaman abonentlər "Pasha Pay" və "E-manat" terminallarına kartı yaxınlaşdıraraq sadəcə abonent kodunu qeyd edərək kartın əvvəlki ödənişini və kartın bərpasını həyata keçirə bilərlər. Ödəniş heç bir halda itmir. "
Qeyd edək ki, 90% hallarda yaranmış problem abonentin kartlardan düzgün istifadə etməməsindən qaynaqlanır. Müraciətlərin 9%-i terminallardaki problemlərdən yaranır, 1% hissə isə sayğacların istehsal qüsurlarından meydana gəlir.