Azad edilmiş ərazilərdə “Azərişıq” ASC-nin mindən çox abonenti var.
FED.az xəbər verir ki, bunu “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə 21 fevral tarixində keçirilən mətbuat konfransında deyib.
O çıxışında qeyd edib ki, "İşğaldan azad olunmuş ərazilərdə olan abonentlərimizin sayı mindən çoxdur və bu say get gedə artır. Artıq "Azərişıq"ASC tərəfindən həmin ərazilərdə fəaliyyət göstərəcək işçilər cəlb etmişik."