Energetika

“Azərişıq” gücləndirilmiş - İŞ REJİMİNƏ KEÇDİ

“Azərişıq” gücləndirilmiş - İŞ REJİMİNƏ KEÇDİ | FED.az
18:40 2 Noy 2019

Hazırda respublika ərazisində müşahidə olunan küləkli hava şəraiti ilə əlaqədar “Azərişıq” ASC gücləndirilmiş iş rejiminə keçib.

FED.az xəbər verir ki, T.Mustafayevin deyib ki, yerlərə əlavə texnikalar cəlb edilib: “Küləkli hava şəraiti ilə əlaqədar “Azərişıq” ölkə üzrə gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Belə ki, regionlara, xüsusən də dağlıq və dağətəyi ərazilərə əlavə mal-material, maşın-mexanizmlər cəlb olunub. Bu isə elektrik enerjisinin baş verə biləcək kəsintisi və qəzaların qarşısını ən qısa müddətdə almağa imkan verir”. Qurum rəsmisi abonentlərə müraciət edədək bildirib ki, vətəndaşlar baş verə biləcək hər hansı hadisənin qarşısını almaq üçün Çağrı mərkəzi ilə əlaqə saxlaya bilərlər: “Məlum hava şəraiti hər növ fəsadlara gətirib çıxara bilər. Buna görə də istehlakçılardan xahiş edirik ehtiyatlı olsunlar və elektrik enerjisinin təchizatında yaranan hər hansı problem və yaxud qəza halalrında 24 saat fəaliyyət göstərən 199 saylı Çağrı mərkəzi ilə əlaqə saxlasınlar”.

qafqazinfo.az

Digər xəbərlər