Ötən gün “Azərsun Sənaye Parkı”nda baş verən yanğında kommunal xidmətlərə dəymiş zərər aparılacaq tədqiqat işlərinin nəticələrinə görə müəyyən ediləcək.
Eləcə də bax: “Azərsun Sənaye Parkı”na dəymiş zərərin həcmi ilə bağlı - İLK RƏQƏM AÇIQLANDI
FED.az xəbər verir ki, bunu "Azəriqaz"ın Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə bildirib.
Onun sözlərinə görə, qeyd olunan ərazidə yanğınsöndürmə əməliyyatı demək olar ki, tamamlanıb.
“Tədqiqat işləri aparılacaq və kommunal xidmətlərə dəymiş ziyan bu tədqiqatın nəticəsində bəlli olacaq. Yanğın yeni söndürülüb və ona görə də hələ dəqiq məlumat deyə bilməyəcəyik”, - Teymur Cəfərov qeyd edib. (Apa)