“Azəriqaz” İstehsalat Birliyi (İB) rəhbərliyinin “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla növbəti görüşü Tovuz rayonunda təşkil olunacaq.
İB-dən FED.az-a bildirilib ki, birliyin rəhbər şəxsləri Tovuz rayonu, Qovlar qəsəbəsi, Gənclər evində baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar.
Səyyar qəbul otağı fevralın 16-da saat 15:00-dən 16:00-dək sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.