Qaz təchizatı ilə bağlı problemi olan istehlakçılar bu barədə "Azəriqaz"ın müvafiq bölmələri ilə yanaşı birbaşa qurumun rəhbərinə də məlumat verə bilərlər.
FED.az xəbər verir ki, bu barədə Birliyin baş direktoru Ruslan Əliyev öz Facebook səhifəsində açıqlama verib.
"Abonentlərin təbii qaza olan ehtiyacını təmin etmək üçün var gücümüzlə çalışırıq. Əgər Sizi narahat edəcək məqamlar varsa, hansısa ərazilərdə qaz təchizatına dair çətinlikləriniz qalıbsa, mütləq bizim 104/185 saylı Çağrı Mərkəzi ilə əlaqə saxlayın, 077 3 104 104 saylı whatsapp nömrəsinə mesaj göndərin və yaxud facebook sosial şəbəkəsi üzərindən mənim özümə yazın"-deyə R.Əliyev bildirib.