Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi 2 303 513 əhali abunəçisi olub.
Eləcə də bax: Cəbhə zonasındakı kəndlərin qaz təminatı - Yenidən Bərpa Edilir
FED.az bu barədə "Azəriqaz"a istinadən xəbər verir.
Məlumatda həmçinin deyilir ki, hesabat dövründə İstehsalat Birliyinin qazlaşdırılmış yaşayış məntəqələrinin sayı 8, yeni yaşayış massivlərinin sayı isə 23-ə bərabər olub.
Hazırda qazlaşdırma işləri gedən yaşayış məntəqələrinin sayı 35, yaşayış massivlərinin sayı isə 20 təşkil edir. 9 ay ərzində yeni çəkilmiş müxtəlif diametrli qaz xətlərinin uzunluğu 1105,1 km-ə bərabər olub.
2019-cu ilin müvafiq dövründən 1 oktyabr 2020-ci il tarixinə kimi 87 613 abunəçi artımının qeydə alınmasına baxmayaraq, keçən ilin müvafiq dövrü ilə müqayisədə qaz itkilərinin azalma fərqi 0,7% olub. Buna hər il icra edilən tədbirlər proqramı əsasında şəbəkədə aparılan yenilənmə işləri və digər islahatlarla nail olunub. Qeyd edək ki, “Yol xəritəsi”ndə “Azəriqaz” üçün itkilərlə bağlı hədəf 8% müəyyənləşdirilib ki, cari ildə bu hədəfə çatılması təmin ediləcək.
Setnayrbın sonuna qeydiyyatda olan əhali abunəçilərinin cəmi 8,27%-i illik hər kubu 10 qəpikdən satılan 2 200 kubmetrlik güzəştli limit həddini keçib. Bu da say etibarı ilə 190 498 abunəçi deməkdir. Yerdə qalan 2 113 015 abunəçi (ümumi əhali abunəçilərinin 91,73%) qazdan güzəştli limit daxilində istifadə edib.