SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi tərəfindən yanvar-may ayları ərzində ölkə ərazisində fəaliyyət göstərən "ASAN Xidmət" mərkəzlərində istehlakçılardan daxil olan müraciətlər əsasında smart tipli sayğaclar ilə təchiz olunmuş istehlakçılara müvafiq xidmətlərin göstərilməsini, müraciətlərdən asılı olaraq şöbələrdən tələb olunan məlumatların əldə olunmasını və bu məlumatlar əsasında istehlakçılara xidmətlərin göstərilməsini təmin edib.
"Azəriqaz"dan verilən məlumata görə, hesabat dövründə Bakı şəhəri üzrə 1 və 2 saylı "ASAN Kommunal" mərkəzinə, eləcə də səyyar "ASAN Xidmət" vasitəsi ilə və 1, 2, 3, 4, 5 saylı mərkəzlərə, həmçinin Bərdə, Sabirabad, Masallı, Qəbələ rayonlarında və Gəncə şəhərində yerləşən ASAN xidmət mərkəzlərə ümumilikdə 50058 müraciət daxil olub və bu müraciətlərin icrası tam təmin olunub.
İstehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə Birlik bu istiqamətdə fəaliyyətini bundan sonrada davam etdirəcək.