Son bir neçə günün statistikasına görə, Mənzil Tikinti Kooperativləri (MTK) üzrə 57 mənzil və 80 fərdi yaşayış evi müvafiq sənədləşdirmə aparmaqla istismara qəbul olunub.
Bu barədə FED.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, 61 yeni abonentə kod, 152 abonentə kart açılıb, 67abonentlə təbii qazın verilişi üzrə müqavilə bağlanıb.
Bundan başqa, MTK-larda qazın verilməsi üçün 10 yeni ərizə qəbul olunub.
Report.az