Sumqayıtda Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azərikimya” İstehsalat Birliyinin (AİB) Müşahidə Şurasına yeni sədr təyin olunub.
FED.az xəbər verir ki, İmran Arzumanzadə SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasın yeni sədri təyin olunub.
İmran Arzumanzadə daha öncə “Azərikimya” İB-nin icraçı direktorunun müavini kimi fəaliyyət göstərib və 2015-ci ildə Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə ölkə başçısı tərəfindən “Tərəqqi” medalı ilə təltif edilib.Qeyd edək ki, “Azərikimya” İB-nin Müşahidə Şurasının əvvəlki sədri, millət vəkili Muxtar Babayev prezident İlham Əliyevin sərəncamı ilə Ekologiya və Təbii Sərvətlər naziri təyin olununb.
sumqayitxeber.com