Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan ilk neft hasilatından bəri ümumi istehsal 3,6 milyard barreldən çox olub.
FED.az "AZƏRTAC"-a ist xəbər verir ki, bu barədə “BP Azerbaijan” şirkəti məlumat yayıb.
Eləcə də bax: “Şahdəniz”dən indiyədək 112 milyard kubmetrdən çox - TƏBİİ QAZ ÇIXARILIB
Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında AÇG-dən hasilat gündəlik orta hesabla 541 min barrel olmaqla ümulikdə 148 milyon barrel, yəni 20 milyon ton təşkil edib. Doqquz ayın sonuna AÇG-də ümumilikdə 124 neft hasilat quyusu, 42 su və 7 qaz injektor quyusu istismarda olub. Yanvar-sentyabr aylarında blokda 9 neft hasilat quyusu qazılıb.
AÇG layihəsinə 9 ayda təqribən 418 milyon dollardan çox əməliyyat və 1 milyard 34 milyon dollaradək əsaslı məsrəflər xərclənib.
AÇG-də tərəfdaşların iştirak payları bu nisbətdədir: BP - 30,37 faiz, “AzAÇG” (SOCAR) - 25 faiz, “Chevron”- 9,57 faiz, “Inpex” - 9,31 faiz, “Equinor” - 7,27 faiz, “ExxonMobil” - 6,79 faiz, “TPAO” - 5,73 faiz, “Itochu” - 3,65 faiz və “ONGC Videsh Limited” (OVL) - 2,31 faiz.
AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.