Azəri-Çıraq-Günəşlidən (AÇG) illik hasilat 2.4 milyon ton azalıb.
FED.az “BP-Azərbaycan” şirkətinin “Biznes əməliyyatları 2020” hesabatına istinadən xəbər verir ki, 2019-cu ildə 26 milyon ton olmuş hasilat 2020-ci ildə 23,6 milyon ton təşkil edib.
Eləcə də bax: “BP-Azərbaycan”dan “Biznes əməliyyatları 2020” - Hesabatı
Hesabatda qeyd edilib ki, 2020-ci ildə AÇG-dən ümumi hasilat – Çıraq (34 900), Mərkəzi Azəri (113 200), Qərbi Azəri (118 900), Şərqi Azəri (64 200), Dərinsulu Günəşli (95 400) və Qərbi Çıraq (50 400) platformalarından birlikdə – gündə orta hesabla 477 000 barel və ya ümumilikdə təxminən 175 milyon barel, yəni 23,6 milyon ton olub.
İlin sonunda AÇG-də ümumilikdə 127 neft hasilat quyusu, 45 su injektor quyusu və 8 qaz injektor quyusu istismarda olub.
Müqayisə üçün qeyd edək ki, 2019-cu ildə AÇG-dən ümumi hasilat – Çıraq (41 000), Mərkəzi Azəri (134 000), Qərbi Azəri (121 000), Şərqi Azəri (89 000), Dərinsulu Günəşli (96 000) və Qərbi Çıraq (54 000) platformalarından birlikdə – gündə orta hesabla 535 000 barel və ya ümumilikdə 195 milyon bareldən artıq, yəni 26 milyon ton olmuşdu.
İlin sonunda AÇG-də ümumilikdə 125 neft hasilat quyusu və 46 su injektor quyusu və 7 qaz injektor quyusu istismarda idi. (Marja)