Cari ilin yanvar-fevral aylarında Azəri-Çıraq-Günəşli yatağından 2,2 milyard kubmetr təbii qaz hasil edilib.
Azərbaycanda neft hasilatı azalıb, qaz hasilatı isə artıb
FED.az xəbər verir ki, bu barədə Energetika Nazirliyi bildirir.
Məlumata görə, bu göstərici ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 100 milyon kubmetr və ya 4,8% çoxdur.
Belə ki, ötən ilin eyni dövründə Azəri-Çıraq-Günəşli yatağından 2,1 milyard kubmetr təbii qaz hasil edilib.
Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında ölkədə 8,1 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 4,3 milyard kubmetri “Şahdəniz”in, 0,3 milyard kubmetri “Abşeron” yatağının, 1,3 milyard kubmetri isə SOCAR-ın payına düşüb. (Trend)