“AzerGold” QSC-nin törəmə şirkəti AzerBlast MMC-nin İcraçı direktorunun müavini Samir Rəhimov Energetika Nazirliyinə təyinat alıb.
Eləcə də bax: Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə sədr müavini - TƏYİN EDİLİB
FED.az Banker.az-a istinadən xəbər verir ki, Energetika Nazirliyinin İqtisadiyyat şöbəsinə təyinat olub, Energetika Naziri Pərviz Şahbazovun əmri ilə Samir Rəhimov İqtisadiyyat şöbəsinə müavin təyin edilib. S.Rəhimov bu təyinata qədər “AzerGold” QSC-də Strateji Planlaşdırma və biznesin inkişafı, Logistika və inzibati işlər şöbələrinə rəhbərlik edib. Daha sonra isə “AzerGold” QSC-nin törəmə şirkəti AzerBlast MMC-də İcraçı direktorun müavini kimi çalışıb.
Energetika Nazirliyinin İqtisadiyyat şöbəsinin əsas məqsədi yanacaq-energetika sahəsinin iqtisadi vəziyyətinin təhlilini, inkişaf strategiyası və iqtisadi inkişafın istiqamətlərinin müəyyənləşdirilməsinin həyata keçirilməsidir. Xatırladaq ki, Nazirlikdə 11 şöbə, 5 müstəqil sektor və tabeliyində 2 Agentlik fəaliyyət göstərir.