“Azərenerji” ASC-nin Prezidenti Balababa Rzayevə şiddətli töhmət verilib.
«Azərenerji»nin satışları və gəliri azalıb – MƏNFƏƏTİ 3 QAT AŞAĞI DÜŞÜB - HESABAT
FED.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı sərəncam imzalayıb.
Sərəncama əsasən, 2024-cü il üzrə təsdiq edilmiş yanacaq-enerji balansında qazdan istifadə istiqamətlərini pozaraq müvafiq qaydada razılaşdırmadan elektrik enerjisini ixrac etdiyinə görə, “Azərenerji” ASC-nin Prezidenti Balababa Hüseynağa oğlu Rzayevə şiddətli töhmət elan edilib.
Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.