Azərbaycan Respublikası Energetika nazirliyi ötən ildə ölkədə elektrik enerjisinin hasilatı ilə bağlı operativ məlumatlarını açıqlayıb.
Eləcə də bax: ”Azərenerji” Səudiyyə Ərəbistanının şirkətilə - MÜQAVİLƏ İMZALADI
FED.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, 2020-ci ildə isə Azərbaycanda elektrik enerjisinin istehsalı 25811,3 mln. kVt/saat təşkil edib. Xatırladaq ki, 2019-cu ildə bu göstərici 25236,0 mln. kVt/saat olmuşdu. Yəni elektrik enerjisinin istehsalı 2020-ci ildə 2,28% və ya 575,3 mln. kVt/saat artıb.
Hesabat dövründə elektrik enerjisinin istehsalı İES-lərdə 24398,2 mln. kVt/saat (2029-cu ildə 23169,5 mln. kVt/saat ), SES-lərdə 1069,5 mln. kVt/saat (1782,2 mln. kVt/saat) , digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 343,55 mln. kVt/saat (344,6 mln. kVt/saat) olub.
Bu dövrdə Külək Elektrik Stansiyalarında 96,1 mln. kVt/saat (105,4 mln. kVt/saat), Günəş Elektrik Stansiyalarında 46,9 mln. kVt/saat (44,2 mln. kVt/saat), Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda 200,6 mln. kVt/saat (195,9 mln. kVt/saat) elektrik enerjisi istehsal edilib.
2020-ci ildə elektrik enerjisinin istehsalı ilə ölkə ərazisində aşağıdakı subyektlər məşğul olublar (mln. kVt/saatla ):
“Azərenerji” ASC – 23 033,8 (2019-cu ildə 23388,4)
Müstəqil Elektrik Stansiyaları – 2 272,7 (2283,7)
Naxçıvan MR Dövlət Energetika Xidməti – 429,7 (423,3)
“Azərişıq” ASC – 75,1 (84,9)
2020-ci ildə Azərbaycanda elektrik enerjisinin istehsalı ilə məşğul olan subyektlərin ümumi elektrik enerjisi istehsalında xüsusi çəkisi (%-lə):
Energetika nazirliyi həmçinin göstərir ki, 2020-ci ildə Azərbaycan 1147,8 mln. kVt/saat elektrik enerjisini ixrac edib , 136,3 mln. kVt/saat elektrik enerjisi isə idxal olunub. (Caspian Barrel )