“Azərenerji” ASC-də qeyri-sabit hava şəraiti ilə əlaqədar qabaqlayıcı tədbirlər görülüb. Sistemdə hər hansı bir neqativ hadisə baş verərsə, operativ heyət bunun aradan qaldırılmasına hazırdır.
FED.az xəbər verir ki, bu barədə “Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı məlumat verib.
O qeyd edib ki, ölkə enerji sisteminin təhlükəsizliyi tam təmin edilib və elektroenergetika sahəsi son illər həyata keçirilən tədbirlər nəticəsində dayanıqlı səviyyəyə çatdırılıb. Məhz buna görə də narahatçılığa heç bir əsas yoxdur.