Dünya bazarında Azərbaycan neftinin qiyməti yenidən ucuzlaşıb.
FED.az xəbər verir ki, Azeri Light neftinin qiyməti 80,33 dollar olub.
Bu bir gün əvvəlki qiymətdən 2 dollar, 2 gün əvvəlkindən isə 7 dollar aşağıdır.
Dekabrın 6-da neft 87 dolar idi.
Xatırladaq ki, bu ilin dövlət büdcəsində neftin qiyməti 85 dollar, 2023-cü ildə isə 50 dollar nəzərdə tutulub və hesablamalar da neftin həmin qiymətinə əsasən aparılıb.