“Azərbaycan Energetika Nazirliyi ilə Somalinin Neft və Mineral Ehtiyatlar Nazirliyi arasında neft və qaz sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nu imzalanıb.
FED.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında qeyd edib.
"Somali Federativ Respublikasının neft və mineral ehtiyatlar naziri Dahir Shire Mohamed ilə enerji tərəfdaşlığının qurulması üçün imkanları dəyərləndirdik. “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Somali Federativ Respublikasının Neft və Mineral Ehtiyatlar Nazirliyi arasında neft və qaz sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nu imzaladıq. Bu sənəd, neft və qaz layihələri sahəsində Azərbaycanın zəngin təcrübəsindən faydalanmaqla əməkdaşlığın inkişafı üçün mühüm bir addımdır", - paylaşımda qeyd olunur.
Memorandum neft və qaz sahələrində əməkdaşlığı inkişaf etdirmək məqsədilə təcrübə mübadiləsini, hər iki ölkədə keçiriləcək müvafiq tədbirlərdə iştirakı, eləcə də birgə seminarlar, forumların keçirilməsini nəzərdə tutur.