Azərbaycanın "Azərenerji" ASC və İtaliyanın "Ansaldo Enerji" şirkəti arasında təchizat müqaviləsi imzalanıb.
Eləcə də bax: Qarabağda İtaliya şirkətinə veriləcək - Layihələr Açıqlandı
FED.az xəbər verir ki, onlayn formatda təşkil edilən imzalama mərasimində çıxış edən "Azərenerji"nin prezidenti Baba Rzayev qeyd edib ki, sənədə əsasən Azərbaycanın işğaldan azad edilən 4 rayon ərazisində – Kəlbəcər, Ağdam, Fizuli və Qubadlı rayonlarında inşa olunacaq 110 kilovoltluq yarımstansiyalarının elektrik avadanlıqlarının təchizatı nəzərdə tutulur. (Apa)