Rusiyanın “LUKoil” neft şirkəti Xəzərin Azərbaycana və Qazaxıstana məxsus şelfində yeni kəşf olunan geoloji bloklarda tədqiqat işləri aparır.
FED.az-ın məlumatına görə, bunu Davosdakı Dünya İqtisadi Forumu zamanı Prezident İlham Əliyevlə görüşündən sonra “LUKoil” şirkətinin prezidenti Vahid Ələkbərov bildirib.
ELƏCƏ DƏ BAX: İlham Əliyev BP-nin rəhbəri ilə görüşüb
“Azərbaycandakı yeni geoloji kəşfiyyat bloklarını nəzərdən keçiririk, SOCAR ilə birgə araşdırırıq. Hansı bloklar olduğunu demək istəmirəm, çünki məsələ erkən mərhələdədir”, - deyə “LUKoil” rəhbəri qeyd edib.
“Xəzər ərazisində daha çox işlər görməkdə maraqlıyıq. Qazaxıstanla danışıqlar aparırıq. “Jenis” blokuna dair sənədlər imzalanıb, müştərək müəssisə yaratmaq üçün hazırlıqlar gedir. Xəzərdəki bu bölgəyə bələdik və topladığımız təcrübədən nəinki Rusiyada, həm də Azərbaycanla Qazaxıstanda da yararlanmaq istəyirik”, - deyə V.Ələkbərov əlavə edib.
Azərbaycanla bağlı yeni planını – AÇIQLADI
18:48
23 Yan 2019