2024-cü ilin yanvar-iyun aylarında Azərbaycandan xaricə 4 milyard 68 milyon ABŞ dolları dəyərində 11 milyard 826 milyon m3 təbii qaz ixrac edilib.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) hesabatına istinadən xəbər veir.
2023-cü ilin əvvəlki ilin eyni dövrü ilə müqayisədə Azərbaycandan təbii qaz ixracı dəyər ifadəsi ilə 3 milyard 961 milyon dollar (49,3%) azalıb, miqdar ifadəsi ilə 869 milyon 473 min m3 (7,9%) artıb.
Xatırladaq ki, 2023-ci ilin yanvar-iyun aylarında xaricə 8 milyard 29 milyon dollar dəyərində 10 milyard 956 milyon m3 qaz ixrac edilmişdi.
Bu il Azərbaycanın xaricə satdığı qaz ötən illə müqayisədə 2 dəfədən çox ucuzlaşıb. Belə ki, bu il xaricə satılan hər min kubmetr qazın orta ixrac qiyməti 344 dollar (585 manat) olub. Ötən il isə bu qiymət 733 dollar (1246 manat) olmuşdu. Bu da illik müqayisədə 389 dollar (661 manat) və ya 53,1% (2,1 dəfə) azalma deməkdir.
Qazın ixracının artmasına baxmayaraq ümumi ixracdakı payı da yüksəlib. Belə kİ, 2024-cü ilin ilk 6 ayının nəticələrinə görə, Azərbaycandan ixracın ümumi həcminin 31,54%-i təbii qazın payına düşüb. 2023-ci ilin eyni dövründə isə qaz Azərbaycanın ümumi ixracındacəmi 44,69% paya malik idi.