2024-cü ilin yanvar-aprel aylarında Azərbaycandan xarici ölkələrə 4 milyard 364,6 milyon dollar dəyərində 6 milyon 928 min ton neft ixrac olunub.
2024-cü ilin 4 ayı üzrə neft-qaz göstəriciləri - AÇIQLANDI
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
2023-cü ilin eyni dövrü ilə müqayisədə Azərbaycanın xaricə satdığı neft 2 milyon 307 min ton və ya 25% azalıb. Neft satışından gələn gəlirlər isə 1 milyon 351 milyon dollar və ya 24% aşağı düşüb.
Xatırladaq ki, 2023-cü ilin ilk 4 ayında isə Azərbaycandan 5 milyard 715 milyon dollar dəyərində 9 milyon 236 min ton neft ixrac olunmuşdu.
Bu hesabla 2024-cü ilin ilk 4 ayı üzrə 1 ton neftin orta ixrac qiyməti 630 dollara bərabər olub. Xatırlaaq ki, 2023-cü ilin eyni dövründə 1 ton neftin orta ixrac qiyməti 619 dollar olmuşdu. İllik müqayisədə neftin orta ixrac qiyməti 12 dollar və ya 2% azalıb.