2024-cü ilin yanvar ayında Azərbaycandan xaricə 28 milyon 757 min ABŞ dolları dəyərində 495 milyon 120 min kvt/saat elektrik enerjisi ixrac edilib.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə elektrik enerjisi dəyər ifadəsi ilə 43 milyon 640 min dollar (2,5 dəfə), miqdar ifadəsi ilə 52 milyon 927 min kvt/saat (9,7%) azalıb.
2023-cü ilin yanvar ayında xaricə elektrik enerjisi ixarcı 72 milyon 397 min dollar dəyərində 548 milyon 47 min kv/saat təşkil edib.
Beləliklə, hər 1000 kv/saat elektrik enerjisinin orta ixrac qiyməti 58 dollar (99 manat) təşkil edib, 2023-cü ilin eyni dövründə isə bu göstərici 132 dollar (225 manat) idi. Son bir ildə 74 dollar (126manat) və ya 2,3 dəfə azalma qeydə alınıb.
Hesabat dövründə elektrik enerjisi ixracı Azərbaycanın ümumi ixracında 1,56 %, qeyri-neft sektoru üzrə ixracında isə 12,95 % paya malik olub.
Keçən ilin müvafiq dövründə isə elektrik enerjisi ixracı Azərbaycanın ümumi ixracında 3,86%, qeyri-neft sektoru üzrə ixracında isə 25,44% paya malik olub.