2007-ci ildən 2023-cü ilədək Azərbaycandan xarici ölkələrə 584 201,8 min ton neft ixrac edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlər əsasında apardığı hesablamalara istinadən xəbər verir.
Məlumata görə 2007-ci ildən 2010-cu ilədək ixracda artım müşahidə edilsə də, 2011-ci ildən artıq azalma tempi baş verməkdədir.
Belə ki, əgər 2010-cu ildə 44 507,9 min ton xam neft ixrac edilmişdisə 2011-ci ildə 12,3% azalma ilə bu göstərici 39 028,7 min tona düşüb. 2023-cü ildə isə 2022-ci ilə nisbətən 2,2% azalma baş verib.
Əlavə məlumat üçün qeyd edək ki, 2024-cü ilin yanvar-noyabr ayında Azərbaycandan 13 milyard 304 milyon dollar həcmində 21 milyon 555 min ton xam neft ixrac edilib.
Xam neft ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 1 milyard 795 milyon dollar və ya 11,9%, miqdar ifadəsilə isə 2 milyon 643 min ton, başqa sözlə 10,9% azalıb.
Qeyd edək ki, 2023-cü ilin 11 ayı ərzində Azərbaycandan 15 milyard 99 milyon dollar dəyərində 24 milyon 199 min ton xam neft ixrac olunmuşdu.
Bu ilin yanvar-noyabr ayında Azərbaycanın ixrac etdiyi xam neftin 1 tonunun orta ixrac qiyməti 1 049 manat təşkil edib. 2023-cü ilin eyni dövründə isə bu rəqəm 1 060 manat idi. Bu da illik müqayisə ilə 11 manat və ya 1,1% ucuzlaşma deməkdir.
Bu il ümumi ixracın 54,67%-i xam neftin payına düşüb.Ötən ilin eyni dövründə isə bu göstərici 47,92% olub.
İllər |
İxrac (min ton) |
İllik müqayisə (min ton) |
İllik müqayisə (faiz) |
2007 |
347 79,7 |
- |
- |
2008 |
36 858 |
2 078,3 |
6,0% |
2009 |
44 332,1 |
7 474,1 |
20,3% |
2010 |
44 507,9 |
175,8 |
0,4% |
2011 |
39 028,7 |
-5 479,2 |
-12,3% |
2012 |
36 756,5 |
-2 272,2 |
-5,8% |
2013 |
36 707,8 |
-48,7 |
-0,1% |
2014 |
35 227,3 |
-1 480,5 |
-4,0% |
2015 |
35 109,9 |
-117,4 |
-0,3% |
2016 |
34 972,4 |
-137,5 |
-0,4% |
2017 |
32 845,2 |
-2 127,2 |
-6,1% |
2018 |
32 651,3 |
-193,9 |
-0,6% |
2019 |
31 238 |
-1 413,3 |
-4,3% |
2020 |
28 374,3 |
-2 863,7 |
-9,2% |
2021 |
28 095,8 |
-278,5 |
-1,0% |
2022 |
26 648,9 |
-1 446,9 |
-5,1% |
2023 |
26 068 |
-580,9 |
-2,2% |