2024-cü ilin yanvar-sentyabr ayında Azərbaycandan 11 milyard 8 milyon dollar həcmində 17 milyon 608 min ton xam neft ixrac edilib.
Azərbaycanın təbii qaz ixracından gəlirləri - KƏSKİN AZALIB - RƏQƏMLƏR
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, xam neft ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 1 milyard 120 milyon dollar və ya 9,2%, miqdar ifadəsilə isə 2 milyon 267 min ton, başqa sözlə 11,4% azalıb.
Qeyd edək ki, 2023-cü ilin ilk 9 ayı ərzində Azərbaycandan 12 milyard 128 milyon dollar dəyərində 19 milyon 876 min ton xam neft ixrac olunmuşdu.
Bu ilin yanvar-sentyabr ayında Azərbaycanın ixrac etdiyi xam neftin 1 tonunun orta ixrac qiyməti 1 062 manat təşkil edib. 2023-cü ilin eyni dövründə isə bu rəqəm 1 037 manat idi. Bu da illik müqayisə ilə 25 manat və ya 2,5% artım deməkdir.
Bu il ümumi ixracın 55,44%-i xam neftin payına düşüb.