Serbiya prezidenti Aleksandr Vuçiç Rusiya mətbuatına açıqlamasında Azərbaycanın Serbiyaya ixrac etmək üçün təbii qazı olmadığını bildirib.
FED.az-ın məlumatına görə, Serbiya prezidentinin aşıqlamasına münasibət bildirən energetika nazirinin müavini Elnur Soltanov deyib ki, Azərbaycanın təsdiq olunmuş təbii qaz ehtiyatı 2,6 trilyon kubmetrdən çoxdur.
ELƏCƏ DƏ BAX: Azərbaycan neftinin qiyməti - MƏLUM OLDU
Nazir müavini qeyd edib ki, Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində “Trans-Adriatik” (TAP) qaz boru kəməri ilə əlaqədar işlər uğurla davam etdirilir və bu layihənin 2020-ci ildə yekunlaşdırılması nəzərdə tutulur. TANAP layihəsi üzrə işlər isə keçən il başa çatıb:
“Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində Azərbaycan Balkan ölkələri ilə uğurla əməkdaşlıq edir. TAP layihəsi Albaniyanın ərazisindən keçir və bu ölkənin qazlaşdırılması layihəsi üzrə müvafiq danışıqlar aparılır. Eyni zamanda, Xorvatiya, Monteneqro, Bosniya və Herseqovina ilə də bu xüsusda müzakirələr davam etdirilir. Cənub Qaz Dəhlizi üzrə Məşvərət Şurası çərçivəsində keçən il keçirilmiş nazirlər toplantısında digər tərəfdaşlarla birlikdə bu üç ölkənin nümayəndələri də iştirak ediblər. Hazırda bu ölkələrlə Azərbaycan qazının nəqli üzrə İon-Adriatik qaz kəmərinin (Ionian-Adriatic Pipeline - IAP) tikintisi müzakirə olunur. Müvafiq olaraq, İon-Adriatik qaz boru kəməri layihəsinin gələcəkdə tikintisi üzrə Anlaşma Memorandumu imzalanıb".
Bütün bunlar Azərbaycan qazının çoxşaxəli və çoxistiqamətli nəqli üçün ölkəmizin həyata keçirdiyi siyasətin tərkib hissələridir. Bir halda ki, bir neçə Balkan ölkəsi ilə Azərbaycan qazının nəqli üzrə fəal iş aparılır və 2020-ci ildə Azərbaycan qazı Yunanıstan və Bolqarıstana çatdırılacaq, onda Serbiya tərəfi də maraq göstərərsə, Azərbaycan bu sahədə əməkdaşlığa və danışıqlara başlamağa hazırdır”.
"Azərbaycanın qazı azdır" bəyanatına - RƏSMİ BAKIDAN CAVAB
20:41
17 Yan 2019