2019-cu ilin yanvar-sentyabr aylarında mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 24,2 milyard manat olmaqla, əvvəlki ilin yanvar-sentyabr aylarına nisbətən 0,1 faiz artıb.
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, sahənin əsas məhsulu olan xam neftin əmtəəlik hasilatı 28,1 milyon ton, əmtəəlik təbii qazın hasilatı isə 17,9 milyard kub metr təşkil etmişdir. Neft hasilatı 2,8 faiz azalmış, qaz hasilatı isə 29,3 faiz artmışdır.