Azərbaycanın Neft İxrac Edən Ölkələr Birliyinə (OPEC) qoşulması məsələsi gündəmdə deyil.
FED.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov bildirib.
"Biz hazırda OPEC-lə sıx əməkdaşlıq edirik və bundan çox razıyıq. Gələcəkdə də OPEC+ formatında əməkdaşlığa müvəffəqiyyətlə davam edəcəyik. Bizi OPEC-lə bu gün mövcud olan əməkdaşlıq qane edir", - nazir deyib.