İyunun 20-də, saat 10:00-da “Baku Oxygen Company” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
Bu barədə müəssisənin baş direktoruna istinadən rəsmi mətbuatda məlumat verilib.
Məlumatda deyilir ki, yığıncaq Cəmiyyətin yerləşdiyi Bakı şəhəri, Sabunçu rayonu, I Zabrat qəsəbəsi, Babək küçəsi, 55 ünvanında olacaq.
Yığıncağın gündəliyinə müəssisənin 2016-cı il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin təsdiq edilməsi məsələsi daxildir.
Xatırladaq ki, “Baku Oxygen Company” ASC ötən əsrin 80-ci illərində tikilərək istifadəyə verilmiş, əsasən oksigen, azot, arqon, texniki hidrogen istehsalı ilə məşğul olan zavodun bazasında 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 876 388 manatdır.