Neft Fondu Azərbaycanın xarici neft müqavilələrindən gələn neft-qaz gəlirlərini açıqlayıb.
Fonddan FED.az-a verilən məlumata görə, indiyədək ölkəyə «Əsrin müqaviləsi»ndən - Azəri-Çıraq-Günəşli – yataqlarından 132 milyard 271 mln. ABŞ dolları gəlir daxil olub.
Bu ilin əvvəlindən gələn gəlirlər isə (01.01.2018 - 01.06.2018 tarixinə) 3 milyard 785 mln. ABŞ dolları təşkil edib.
Şahdəniz yatağı üzrə əldə olunan ümumi gəlirlər (2007-ci ildən etibarən): 2 milyard 506 mln. ABŞ dolları (01.06.2018 tarixinə) təşkil edib.
Azərbaycanın neft-qazdan qazancı açıqlandı
13:09
7 İyun 2018