2020-ci ilin yanvar-oktyabr ayları ərzində mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 7,6 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 7,3 faiz artıb.
FED.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, bu dövr ərzində əmtəəlik xam neft hasilatı 28,8 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 21,4 milyard kubmetri təşkil edib.
Cari dövrdə neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 11,7 faiz artıb və 4 milyard 781,8 milyon manat təşkil edib.
Oxu.az