Gələcəkdə Azərbaycanın dövlət şirkəti SOCAR öz filiallarının IPO-nu (ilkin səhmlərin yerləşdirilməsi) keçirə bilər. Bunu SOCAR Capital-ın investisiyalar və əməliyyatlar üzrə direktoru Elxan Həsənov deyib.
E.Həsənov qeyd edib ki, satışa çıxarılacaq səhmlərin hansı müəssisələrə aid olduğu siyahı və dəqiq tarix hələlik məlum deyil:
"Milli iqtisadiyyatın perspektivlərinə dair Strateji yol xəritəsinə" əsasən, hökümət milli neft şirkətlərinin bəzi müəssisələrinin yerli bazarında IPO keçirilmələri məsələsinə baxıla bilər. Məsələn, polimerin istehsalı ilə və ya yanacağın pərakəndə satışı ilə məşğul olanların. Sənəd müəlliflərinin fikrincə, belə yanaşma şirkətlərə əlavə maliyyələrə yol açmaqda kömək edə bilər".
Qeyd edək ki, SOCAR neft-qaz yataqlarının kəşfiyyatı və hazırlanması, neft, neft məhsulları və qaz çıxarma, onların nəqli, idxalı və ixracı və əhalinin qazla təchizatı ilə məşğuldur. Hazırda SOCAR-ın tərkibinə 30-dan çox ortaq müəssisə, 18 əməliyyat şirkəti və 30 müxtəlif struktur, həmçinin zavodlar və institutlar daxildir.