Dövlət Neft Fondu neft müqavilələrində istifadə edilmiş avadanlıqları satışa çıxarıb.
FED.az Fonda istinadən xəbər verir ki, “Hasilatın Pay Bölgüsü haqqında Sazişlər” çərçivəsində fəaliyyət göstərən sərmayəçilər tərəfindən Dövlət Neft Fonduna (ARDNF) təhvil verilmiş neft və qaz hasilatı sahəsində istifadə edilən avadanlıqlar və digər aktivlər satışa çıxarılıb.
Həmin avadanlıqlar və aktivləri əldə etmək istəyənlər 2018-ci il oktyabrın 8-nə qədər Fonda müraciət edə bilərlər.
Əlavə məlumat üçün ARDNF material texniki təchizat şöbəsinin mütəxəssisi Qara Səfərovla əlaqə saxlamaq olar. Telefon nömrələri: 498-77-53, 498-62-55 (daxili 1009).