Bu ilin yanvar ayında Azərbaycan 45 932,39 min ABŞ dolları dəyərində 68 643,99 ton neft məhsulları ixrac edib.
Azərbaycanın yanvar ayı üzrə neft-qaz göstəriciləri - AÇIQLANDI
FED.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında aparılan hesablamalara görə, hesabat dövründə Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri 2022-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 2,7 dəfəyə yaxın, həcmi isə 89,2% artıb.
Xatırladaq ki, ötən il Azərbaycan 527 355,16 min ABŞ dolları dəyərində 770 815,85 ton neft məhsulları ixrac edib. Hesabat dövründə ölkənin ixrac etdiyi neft məhsullarının dəyəri 2021-ci ilin göstəricisi ilə müqayisədə 18,8%, həcmi isə 42,6%-ə yaxın azalıb. (Apa)