2020-ci ilin yanvar-fevral dövründə Azərbaycandan 2 milyard 727 milyon 328 min dollar dəyərində 5 milyon 680 min ton bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edilib.
Eləcə də bax: Neftin ucuzlaşması mənzil bazarına - TƏSİR EDİB
FED.az Dövlət Gömrük Komitəsinin aylıq statistikasına istinadən xəbər verir ki, 2019-cu ilin eyni dövrünə nisbətən xam neft və neft məhsulları ixracı dəyər ifadəsində 123 milyon 373 min dollar və ya 4,7% artıb, miqdar ifadəsində isə 102 min ton və ya 1,8% azalıb.
Xam neft və neft məhsulların ixracının Azərbaycanın cəmi ixracına nisbəti 83.93% təşkil edib. Bu nisbət ötən ilin eyni dövründə 82.61% idi.
2020-ci ilin ilk 2 ayı ərzində Azərbaycandan 158 milyon 751 min dollar dəyərində 1 milyard 371 milyon kub metr təbii qaz ixrac edilib. Ötən ilin ilk 2 ayında 212 milyon 357 min dollar dəyərində 2 milyard 20 milyon kub metr təbii qaz ixrac edilmişdi. Beləliklə, təbii qaz ixracı dəyər ifadəsində 53 milyon 606 min dollar və ya 25,2%, miqdar ifadəsində isə 648 milyon 269 min kub metr və ya 32,1% azalıb.
Mart ayında neft və qaz qiymətləri daha kəskin düşüb. 2020-ci ilin ilk rübündə Azərbaycanın neft və qaz ixracından gəlirlərinin azalacağı gözlənilir
Min ABŞ dolları ilə
Eləcə də bax: Neftin ucuzlaşması avtomobil və texnika bazarına necə təsir göstərəcək? – AÇIQLAMA
Marja