Bu ilin yanvar ayında Azərbaycan 1 130,5 ton maye qaz ixrac edib ki, bu da illik müqayisədə 49% azdır.
SOCAR Qazaxıstan neftinin - TRANZİTİNƏ BAŞLAYIB
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə ixrac edilən maye qazın dəyəri 54,3 min ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 95% azdır.
Xatırladaq ki, ötən il Azərbaycan 22 834,7 ton maye qaz ixrac edib ki, bu da illik müqayisədə 67% azdır. Hesabat dövründə ixrac edilən maye qazın dəyəri 5 749 min ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 74,7% azdır. (Apa)