Azərbaycanda maye qaz istehsalı və satışı ilə məşğul olan «MƏİŞƏT MAYE QAZ» QSC 2021-ci il üzrə illik hesabatını və mühasibat balansını açıqlayıb.
FED.az xəbər verir ki, 2021-ci ildə şirkətin aktivləri təqribən 1 milyon manat azalaraqa 24,15 milyon manatdan 23,19 milyon manata düşüb.
Azalma qısamüddətli aktivlərin hesabına baş verib.
İl ərzində şirkətin gəlirləri 29,5 milyon manat, xərcləri 26,5 milyon manat, vergidən əvvəlki mənfəəti 3 milyon 10 min manat olub. 2021-ci ildə şirkətin mənfəət vergisi xərcləri 602 min mianat olub. Nəticədə şirkət ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub.