Cari ilin yanvar-aprel aylarında Azərbaycandakı magistral neft kəmərləri ilə 13 milyon 931,4 min ton neft nəql olunub.
Dövlət Statistika Komitəsinin məlumatına görə, nəqletmənin 78,1 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib və qeyd edilən dövr ərzində bu kəmər vasitəsilə 10 milyon 880,1 min ton neft ötürülüb. Bu ilin ilk dörd ayında BTC ilə 2 milyon 118,1 min ton tranzit neft də nəql edilib.