2021-ci ildə magistral boru kəmərlərinin fəaliyyətindən Azərbaycanın gəlirləri 3 milyard 49,505 milyon manat ($1 milyard 793,8 milyon) təşkil edib ki, bu da 2020-ci ilin göstəricisindən 31,2% çoxdur.
Eləcə də bax: “SOCAR Karbamid” ixracı - 8 DƏFƏ ARTIRIB
FED.az xəbər verir ki, magistral neft kəmərlərinin (Bakı-Tbilisi-Ceyhan daxil olmaqla) fəaliyyətindən 1 milyard 197 milyon 649,8 min manat ($704,5 milyon - İF) gəlir əldə edilib. 2020-ci ilin göstəricisi ilə müqayisədə gəlirlərin həcmi 6,3% artıb.
Magistral qaz kəmərlərinin fəaliyyətindən Azərbaycanın gəlirləri 1 milyard 851 milyon 856 min manat ($1 milyard 89,33 milyon - İF) təşkil edib, artım 54,7% olub.
Hesabat dövründə magistral neft kəmərləri ilə 35 milyon 18,1 min ton neft (artım 0,9%), qaz kəmərləri ilə 35 milyard 110,9 milyon kubmetr qaz (artım 18,6%) nəql edilib. Bununla yanaşı, magistral neft kəmərləri ilə nəqlin ümumi həcmində təxminən 75,6% Bakı-Tbilisi-Ceyhan boru kəmərinin, magistral qaz kəmərləri ilə nəqlin ümumi həcmində 50,2% Cənubi Qafqaz boru kəmərinin (Bakı-Tbilisi-Ərzurum) payına düşür. (İnterfaks-Azərbaycan)