Azərbaycanın kiçik su elektrik stansiyalarının (SES) özəlləşdirilməsi mərhələli şəkildə həyata keçiriləcək.
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bunu VIII Qlobal Bakı Forumu çərçivəsində energetika naziri Pərviz Şahbazov bildirib.
“Hökumət bu sahədə islahatları beynəlxalq təcrübəni dərindən öyrənməklə aparmalıdır. Biz də bu istiqamətdə müvafiq işlər aparırıq. Dövlət başçısının sərəncamına uyğun olaraq, addım-addım lazımi işlər həyata keçirilir”, - deyə o, qeyd edib.
“Bir neçə ay bundan əvvəl Azərbaycanda bərpa olunan enerji mənbələri, eləcə də enerji effektivliyi ilə bağlı yeni qanunlar qəbul olunub. Bu qanunların ölkədə tətbiqi üçün bir sıra alt qanunvericilik aktları işlənib-hazırlanmalı, qəbul olunmalıdır”, - deyə nazir əlavə edib.