Bu ilin oktyabr ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 663,8 min barel olub.
Azərbaycanın neft-qaz sektoruna sərmayələr - 11%-DƏK AZALIB
Bu barədə FED.az-a Energetika Nazirliyindən məlumat verilib.
Bildirilib ki, hasil olunan neftin 547,2 min barelini xam neft, 116,6 min barelini isə kondensat təşkil edib.
Qeyd edək ki, “OPEC plus” ölkələri nazirlərinin 32-ci iclasında qəbul edilmiş qərara əsasən, oktyabrda Azərbaycanda gündəlik 717 min barel xam neft hasilatı nəzərdə tutulurdu.