2023-cü ildə Azərbaycan əhalisi ümumilikdə 4 milyard m3 təbii qaz istehlak edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə Bakı əhalisindən sonra (1,5 milyard m3) ən çox təbii qaz istehlak edən rayon Abşeron rayonunun əhalisi olub. Rayon əhalisi ümumilikdə 298,1 milyon m3 təbii qaz istifadə edib.
Gəncə əhalisi tərəfindən 142,7 milyon m3, Sumqayıt əhalisi tərəfindən 134,6 m3 təbii qaz istifadə olunub.
Şəmkir rayonu 84,7 milyon m3 göstərici ilə 5-ci, Lənkəran rayonu isə 80,8 milyon m3 göstərici ilə 6-cı olub.
Ötən il mavi yanacaqdan ən az istifadə edən rayonlar isə Yardımlı (4,1 milyon m3), Daşkəsən rayonu (5,2 milyon m3) və Xızı (5,8 milyon m3) rayonları olub.