Bakı Enerji Forumu-2022 çərçivəsində Azərbaycan Respublikasının Energetika Nazirliyi, Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Azərbaycanda ilk dəfə dəniz külək enerjisi üzrə yol xəritəsini təqdim edəcəklər.
Eləcə də bax: Azərbaycan külək enerjisi potensialına görə dünyada - 2-Cİ OLUB
Beynəlxalq Maliyyə Korporasiyasından FED.az-a daxil olmuş məlumata görə, Azərbaycanın toplam dəniz külək enerjisi potensialı 157 gigavatt səviyyəsində qiymətləndirilir, bu da ölkənin elektrik enerjisi hasilatında cari qoyuluş gücünün 20 mislindən artıqdır.
Yol xəritəsində bu nəhəng potensiala dair strateji baxış və onun səmərəli istifadəsi üçün tövsiyələr yer alır.
"Yol xəritəsinin təqdimatı, onun hazırlanmasında payı olan əsas tərəfdaşları, eləcə də dəniz küləyinin istifadəsində yetkin təcrübəyə malik olan ölkələrin nümayəndələrini bir araya gətirərək, ölkədə dəniz külək enerjisi bazarının yaradılmasının texniki, iqtisadi, ekoloji, sosial, məşğulluq və maliyyə aspektlərinin müzakirəsi üçün geniş meydan açacaq",- məlumatda bildirilir.
Tədbir 3 iyun 2022-ci il tarixində Bakı vaxtı ilə 16:30-18:00 arasında Bakı Enerji Forumunun əsas proqramı çərçivəsində baş tutacaqdır.