Azərbaycan "Azəri-Çiraq-Günəşli" neft-qaz yataqları blokunun (AÇG) işlənilməsi layihəsi çərçivəsində 2001-ci ildən indiyədək 168 mlrd. dollar xalis mənfəət əldə edib.
Azərbaycanın 8 ay üzrə neft-qaz göstəriciləri - AÇIQLANDI
FED.az xəbər verir ki, bunu Energetika Nazirliyinin Səngəçal terminalına təşkil etdiyi media-tur çərçivəsində "BP-Azerbaijan" şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tamam Bayatlı deyib.
Onun sözlərinə görə, indiyədək BP və onun tərəfdaşları Azərbaycan, Gürcistan və Türkiyə üzrə həyata keçirilən layihələrə 84 mlrd. dollar sərmayə yönəldib.
Tamam Bayatlı qeyd edib ki, bu investisiyaların 30%-i BP-nin payına düşüb. (Apa)