Dünya beynəlxalq enerji əməkdaşlığına yardıma və neft bazarının davamlı sabitliyinin təmin edilməsi üzrə göstərilən səylərin ilk sıralarında olduğuna görə Azərbaycana çox borcludur.
Eləcə də bax: Azərbaycanın Energetika naziri “OPEC plus” nazirlərinin iclasında - İŞTİRAK EDƏCƏK
FED.az xəbər verir ki, bunu OPEC-in baş katibi Məhəmməd Sanusi Barkindo Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkil etdiyi postpandemiya dövründə energetika məsələləri üzrə vebinar zamanı deyib.
M.Barkindo bildirib: "OPEC Azərbaycanın neft hasilatının azaldılması üzrə razılaşmada iştirak etdiyindən qürur duyur və yüksək səviyyədə dəstəyə görə Azərbaycana minnətdardır. Bu il təşkilatımızın 60 yaşı tamam olacaq və biz Azərbaycanı OPEC ailəsinin üzvü kimi məmnuniyyətlə qarşılayardıq".
OPEC-in baş katibi qeyd edib ki, Azərbaycan həmçinin Qaz İxrac Edən Ölkələr Forumunda (GECF) da müşahidəçidir:
"Azərbaycanın GECF-də iştirakı bu ölkənin bir çox OPEC-ə üzv ölkələr və neft hasilatının azaldılmasına dair razılaşmada iştirak edən ölkələr ilə qlobal əməkdaşlığının daha da genişlənməsini təmin edir. COVID-19 ilə əlaqəli bazar risklərinə qarşı mübarizə sahəsində təcrübəmiz yüksək səviyyədə çoxtərəfli əməkdaşlığın vacibliyini göstərir. Biz bu sahənin və nəticədə bütün dünyanın xeyrinə olan daha geniş və konsensusa əsaslanan həllər üzərində işləmək fürsətini əldən verməməliyik. Bizim qapımız dəyərlərimizi, qayğılarımızı və daha yaxşı gələcəyə ümidlərimizi bölüşənlər üçün həmişə açıqdır". (Trend)