2021-ci ilin martında Azərbaycandan Türkiyəyə təbii qaz ixracı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 16 faiz artıb.
FED.az xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarlarının Tənzimlənməsi İdarəsinə (EPDK) istinadən məlumat verilir.
Hesabat dövründə Rusiyadan Türkiyəyə qaz ixracı 2,584 milyard, Azərbaycandan 1,072 milyard, İrandan 850 milyon kubmetr təşkil edib.
Martda Rusiyadan Türkiyəyə qaz ixracı 563 faiz, İrandan isə 52,4 faiz artıb.
2021-ci ilin martında Türkiyə 4,506 milyard kubmetr təbii qazı boru kəmərləri ilə idxal edib, 1,32 milyard kubmetr qaz isə mayeləşdirilmiş təbii qaz qismində alıb. (Trend)