"Azəri-Çıraq-Günəşli" neft-qaz yataqlarının işlənilməsi çərçivəsində həyata keçirilən "Azəri-Mərkəzi-Şərqi" layihəsinə (ACE) indiyədək 2,9 mlrd. dollar vəsait ayrılıb.
FED.az xəbər verir ki, bu barədə jurnalistlərə layihənin mexaniki təhvil üzrə rəhbəri Şükür Sadıxov bildirib.
Onun sözlərinə görə, layihənin ümumi dəyəri 6 mlrd. dollar təşkil edir.
Şükür Sadıxov onu da qeyd etdi ki, layihə çərçivəsində artıq iş həcminin 85%-i tamamlanıb və heç bir xəsarət yol vermədən 25 mln. saat iş görülüb.
BP-nin nümayəndəsi onu da xatırladıb ki, layihədə ilk neftin hasilatı 2024-cü ilin birinci rübünə nəzərdə tutulur. (Apa)