Abşeron rayonunun Qobu qəsəbəsində inşa olunan elektrik stansiyası kommersiya qurumu kimi dövlət qeydiyyatına alınıb.
Eləcə də bax: Azərbaycanda 3 milyon manat kapital ilə böyük yanacaqdoldurma şirkəti - YARADILIB
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində "Qobu Elektrik Stansiyası" MMC-ni qeydiyyatatdan keçib.
Yeni şirkətin hüquqi ünvanı Qobu qəsəbəsi, nizamnamə kapitalı 522 236 000 manat, qanuni təmsilçisi isə İbrahim Maarif oğlu Məmmədovdur.