“Caspian Driling” şirkətinin idarəçiliyi altında olan “Heydər Əliyev” altıncı nəsil yarımdalma qazma qurğusu Xəzər dənizində ən dərin quyunun qazılması üzrə rekorda nail olub.
“Caspian Driling”dən FED.az-a verilən məlumata görə, qazma işləri "Abşeron" (ABD-001 - quyu) yatağında aparılıb.
Quyu 15 aprel 2019-cu il tarixdə saat 13:00-da 7 411 metr (ümumi ölçülmüş dərinlik) dərinliyə çatıb. Bu, Xəzər dənizində hal-hazıradək qazılmış ən dərin quyudur. Qazma qurğusu “Caspian Driling” MMC-nin rəhbərliyi altında 2017-ci ildə Xəzər tərsanəsində tikilib, sınaqdan keçirilib və qurğuya ümummilli lider Heydər Əliyevin adı verilib. Hazırki quyu “Heydər Əliyev” yarımdalma qazma qurğusunun qazdığı ilk quyudur.